AyaqTopu Futbol Birliyi 6 yanvar 2026-cı il tarixində Mobil Məhərrəmov tərəfindən yaradılmış, müxtəlif növ futbol oyunlarının təşkili ilə məşğul olan birlikdir. Birliyin əsas məqsədi dünyada futbola artan marağın yaratdığı imkanlardan istifadə etməklə ölkəmizdə gəncləri idmana təşviq etmək, onları zərərli vərdişlərdən uzaq saxlamaq və milli futbol ruhunun inkişafına töhfə verməkdir. Bu məqsədlə təşkil olunan kuboklarda AFB-də qeydiyyatdan keçmiş bütün klublar iştirak edə bilərlər.
Birliyimizin hazırda öz stadionu olmadığından, kuboklarda iştirak üçün oyunçulardan ən azı meydança xərclərinin qarşılanması məqsədilə ödənişlər toplanılır. Kubokun keçirilməsi zamanı sponsor olmadıqda və ya hər hansı mükafat müəyyən edilmədikdə belə, klub sertifikatla təmin olunur.
AFB-nin təşkil etdiyi ilk turnir Yasamal Kuboku adlanır. Yasamal Kuboku ilk dəfə 14 mart 2026-cı il tarixində keçirilmişdir.